Rusiya xarici işlər naziri Sergey Lavrovun fəaliyyətini mütəmadi işıqlandıran jurnalist qrupunun üzvü olan və BMT Baş Assambleyasının 81-ci sessiyasının tədbirlərini işıqlandırmaq üçün Nyu-Yorka gələn rusiyalı jurnalistlər ABŞ vizalarını hərəkət məhdudiyyəti ilə alıblar.
"PostMedia" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Agentliyin məlumatına görə, Rusiya mətbuatının nümayəndələrinin vizalarında onların BMT-nin mənzil-qərargahının yerləşdiyi Nyu-York şəhərinin mərkəzindən 25 mildən, yəni təxminən 40 kilometrdən artıq uzaqlaşa bilməyəcəkləri qeyd olunub.
TASS qeyd edir ki, bu cür məhdudiyyətlər rusiyalı jurnalistlərə ilk dəfə tətbiq edilmir. Agentliyin məlumatına görə, sözügedən qeyd onların vizalarında 2023-cü ildən etibarən yer almağa başlayıb.
Məhdudiyyət faktiki olaraq jurnalistlərin müəyyən edilmiş zonadan kənara çıxmasına, o cümlədən müsahibələr və digər işgüzar tədbirlər keçirmək üçün Vaşinqtona getməsinə imkan vermir.
Lavrovun sentyabrın 26-da BMT Baş Assambleyasının tribunasından çıxış edəcəyi gözlənilir. Rusiya XİN rəhbəri yüksək səviyyəli həftə çərçivəsində 30-dan çox ikitərəfli görüş də keçirməyi planlaşdırır.