6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Aİ Usmanov və Fridmanın sanksiyalarını ləğv edəcək

22-sentyabr-2026, 22:47
Aİ Usmanov və Fridmanın sanksiyalarını ləğv edəcək
Yazı Ölçüsü:

Avropa İttifaqı rusiyalı milyarderlər Əlişir Usmanov və Mixail Fridmana qarşı sanksiyaların ləğv edilməsini, eyni zamanda təxminən 3 min Rusiya vətəndaşı və hüquqi şəxsin yer aldığı sanksiya siyahısının uzadılmasını razılaşdırıb.

"PostMedia" xəbə verir ki, bu barədə "dpa" Aİ diplomatı istinadən məlumat yayıb.

Qərar Aİ ölkələri arasında uzunmüddətli danışıqlardan və sanksiya siyahısının növbəti dəfə uzadılması müddətinin başa çatmasından əvvəl qəbul edilib. Daha əvvəl bəzi üzv dövlətlər Usmanov və Fridmanın siyahıdan çıxarılmaması halında məhdudiyyətlərin uzadılmasına mane olacaqları ilə bağlı xəbərdarlıq etmişdilər.

"Reuters"in məlumatına görə, son maneə Latviyanın mövqeyi olub. Nəticədə Riqa kompromis qərarın razılaşdırılması zamanı bitərəf qalıb və bununla da qərarın irəlilədilməsinə imkan yaranıb. Razılaşmanın rəsmi təsdiqinin yazılı prosedur çərçivəsində tamamlanması gözlənilir.

Aİ sənədlərində Usmanov əvvəllər Rusiya Prezidenti Vladimir Putinlə "xüsusilə yaxın əlaqələri olan və Kremli dəstəkləyən oliqarx" kimi xarakterizə edilib. Fridman isə Aİ-nin ifadəsinə görə, "iri rusiyalı maliyyəçi" və Putinin ətrafına dəstək verən şəxs kimi təqdim olunub.

Rusiyanın Ukraynaya qarşı müharibəsinə görə tətbiq edilən Aİ fərdi sanksiyalarına aktivlərin dondurulması və səyahət məhdudiyyətləri daxildir. Bu sanksiyalar, bir qayda olaraq, müəyyən aralıqlarla uzadılmalıdır.

Razılaşdırılmış sxemə əsasən, qalan təxminən 3 min fiziki və hüquqi şəxsə qarşı sanksiyalar adi altı aylıq müddət əvəzinə bir dəfəyə üç il müddətinə uzadılacaq.

Daha əvvəl Fransa Usmanovun sanksiya siyahısından çıxarılmasına çalışıb, Lüksemburq isə Fridmana qarşı məhdudiyyətlərin ləğv edilməsini dəstəkləyib. Danışıqlar Aİ daxilində fikir ayrılıqlarına səbəb olub və Ukraynanın tənqidinə məruz qalıb.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930