6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristinne Qriqoryan Bakıdadır

22-sentyabr-2026, 17:22
Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristinne Qriqoryan Bakıdadır
Yazı Ölçüsü:
Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristinne Qriqoryan Azərbaycana səfər edib.
"PostMedia" Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin mətbuat katibi Melanya Harutyunyan məlumat verib.
Qriqoryan Azərbaycanda keçirilən "IV Bakı Təhlükəsizlik Forumu"nda iştirak edəcək.
Daha əvvəl bu gün İrəvandan Bakıya "FlyOne" aviaşirkətinə məxsus "Gulfstream G450" təyyarəsinin uçduğu barədə məlumat yayılmışdı. Təyyarə səhər saat 07:00-da "Zvartnots" hava limanından yola düşüb və 50 dəqiqə sonra Bakıya eniş edib.
Təyyarənin bu gün saat 21:40-da İrəvana qayıtması gözlənilir.
Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930