6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Tramp “Nvidia” rəhbərinə zəng edib, səsgücləndirici ilə bağlı zarafat edib

15-sentyabr-2026, 13:51
Tramp “Nvidia” rəhbərinə zəng edib, səsgücləndirici ilə bağlı zarafat edib
Yazı Ölçüsü:
ABŞ Prezidenti Donald Tramp Los-Ancelesdə keçirilən "All-In" sammitində çıxışı zamanı gözlənilmədən “Nvidia” şirkətinin rəhbəri Censen Huanga zəng edib.
"PostMedia" xəbər verir ki, köhbətin görüntüləri sentyabrın 14-də KBS News telekanalının "YouTube" kanalında yayımlanıb.
Çıxışı zamanı köməkçisi telefonu Huanga verib. “Nvidia” rəhbəri Trampa bir neçə yüz tamaşaçının qarşısında səhnədə olduğunu bildirib və daha sonra telefonun səsgücləndiricisini qoşmağa çalışıb. Söhbətin zalda eşidilməsi üçün sonda telefonun qarşısına mikrofon yerləşdirilib.
“Bilirsiniz, həyatda ən möhtəşəm şey nədir? Censen dünyada heç kimin 10 il ərzində kopyalaya bilməyəcəyi ən mürəkkəb kompüter çipini hazırlaya bilər, amma telefonun səsgücləndiricisini mənə necə qoşacağını başa düşə bilmir”, – deyə Tramp zarafat edib.
Daha sonra Tramp süni intellektin mümkün riskləri ilə bağlı müzakirələrə toxunub. O, sahədə sərt məhdudiyyətlərin tətbiq edilməsinin zəruriliyi ilə bağlı çağırışları “demək olar ki, sui-qəsd nəzəriyyəsi” adlandırıb və bunun Çinə üstünlük qazandıra biləcəyini bildirib.
ABŞ lideri robotların və süni intellektin dünyanı ələ keçirməyəcəyini deyib. Bununla yanaşı, texnologiyanın inkişafına ehtiyatlı yanaşmağın vacibliyini qəbul edib, lakin əlavə məhdudiyyətlərin hazırlanması məqsədilə bu sahədə işlərin illərlə dayandırılmasının əleyhinə olduğunu bildirib.
Trampın çıxışında süni intellekt sahəsində tənzimləmə ilə innovasiyanın sürətinin qorunması arasında balans məsələsini önə çıxarması diqqət çəkib.
Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930