6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Türkiyədə sorğu: Respondentlərin 66%-i Azərbaycanı dost ölkə hesab edir

14-sentyabr-2026, 20:08
Türkiyədə sorğu: Respondentlərin 66%-i Azərbaycanı dost ölkə hesab edir
Yazı Ölçüsü:

"ASAL Araştırma" şirkətinin keçirdiyi "Türkiyənin dostu kimdir, düşməni kimdir?" adlı sorğunun nəticələri açıqlanıb.

"PostMedia" xəbər verir ki, sorğuya əsasən, Türkiyədə İsrail, ABŞ və Yunanıstan əsasən düşmən ölkələr kimi qəbul edilir. Dost ölkələr sırasında isə Azərbaycan, Yaponiya və Çin önə çıxır.

"ASAL Araştırma"nın fevralın 13-dən 21-dək Türkiyənin 26 şəhərində 2 015 nəfər arasında keçirdiyi sorğuda iştirakçılara "Aşağıdakı ölkələrin Türkiyə ilə münasibətlərini necə qiymətləndirirsiniz?" sualı verilib.

Respondentlərin 83%-i İsraili Türkiyənin düşməni hesab edib. ABŞ-ı düşmən hesab edənlərin payı 74,6%, İranı düşmən hesab edənlərin payı isə 51,7% olub.

Dost ölkələr siyahısında Azərbaycan 66%-lə ilk sırada yer alıb. Azərbaycanın ardınca Yaponiya 58,4%, Çin isə 49,5% göstərici ilə qərarlaşıb. Bununla belə, respondentlərin 38%-i Çini Türkiyənin düşməni hesab edib.

Sorğunun nəticələri belədir:

  • İsrail — dost: 7,2% / düşmən: 83% / fikrim yoxdur: 9,8%

  • ABŞ — dost: 18% / düşmən: 74,6% / fikrim yoxdur: 7,4%

  • Yunanıstan — dost: 25,9% / düşmən: 61,5% / fikrim yoxdur: 12,6%

  • İran — dost: 26,3% / düşmən: 51,7% / fikrim yoxdur: 22%

  • Rusiya — dost: 38,5% / düşmən: 46% / fikrim yoxdur: 15,5%

  • Fransa — dost: 39,6% / düşmən: 48,4% / fikrim yoxdur: 12%

  • Almaniya — dost: 46% / düşmən: 42,3% / fikrim yoxdur: 11,7%

  • İtaliya — dost: 47,2% / düşmən: 40,5% / fikrim yoxdur: 12,3%

  • Çin — dost: 49,5% / düşmən: 38% / fikrim yoxdur: 12,5%

  • Yaponiya — dost: 58,4% / düşmən: 26,6% / fikrim yoxdur: 15%

  • Azərbaycan — dost: 66% / düşmən: 20,5% / fikrim yoxdur: 13,5%

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930