6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Bloomberg: ABŞ-nin təzyiqindən sonra İran rəsmisinin MAQATE konfransına girişinə icazə verilməyib

14-sentyabr-2026, 09:47
Bloomberg: ABŞ-nin təzyiqindən sonra İran rəsmisinin MAQATE konfransına girişinə icazə verilməyib
Yazı Ölçüsü:

ABŞ-nin təzyiqindən sonra Avstriya İran Atom Enerjisi Təşkilatının rəhbəri və ölkənin vitse-prezidenti Məhəmməd Eslaminin MAQATE-nin Baş Konfransında iştirak etmək üçün ölkəyə girişinə icazə verməyib.

"PostMedia" xəbər verir ki, bu barədə "Bloomberg" anonim ABŞ rəsmisinə istinadən məlumat yayıb.

"Bloomberg"in məlumatına görə, Eslaminin bazar ertəsi Vyanada keçiriləcək tədbirdə çıxış etməsi planlaşdırılırdı. Lakin Avstriya onun ölkəyə girişini rədd edib.

Agentliyin istinad etdiyi ABŞ rəsmisinin sözlərinə görə, Eslamiyə BMT tərəfindən sanksiya məhdudiyyətlərindən azad edilməsinə dair tələb olunan icazənin verilməməsi ABŞ-ın çağırışlarından sonra baş verib.

Məlumata görə, bu qərar Eslamiyə MAQATE-nin Baş Konfransında iştirak etmək imkanının qarşısını alıb.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930