6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

SƏNAYE-İNFRASTRUKTUR

ABŞ TRIPP-in inkişafı çərçivəsində Transxəzər Müəssisələr Fondunun yaradılacağını açıqlayacaq

23-sentyabr-2026, 12:24
ABŞ TRIPP-in inkişafı çərçivəsində Transxəzər Müəssisələr Fondunun yaradılacağını açıqlayacaq
Yazı Ölçüsü:

Bu gün Nyu-Yorkda ABŞ tərəfindən TRIPP layihəsinə həsr olunmuş tədbir keçiriləcək. Tədbir çərçivəsində Vaşinqtonun Transxəzər Müəssisələr Fondunun (Trans-Caspian Enterprise Fund) yaradılmasını elan edəcəyi gözlənilir.

"PostMedia" xəbər verir ki, bu barədə "Azadlıq" radiosunun Vaşinqtondakı müxbiri Aleks Raufoglu "X" hesabında məlumat verib.

"ABŞ TRIPP-in institusional inkişafının növbəti mərhələsi ilə paralel olaraq Transxəzər Müəssisələr Fondunun (Trans-Caspian Enterprise Fund) yaradılmasını elan etməyə hazırlaşır. Tədbirdə 40-dan çox şirkətin, həmçinin Ermənistan, Azərbaycan və Mərkəzi Asiya ölkələrinin ("C5") nümayəndələrinin iştirakı gözlənilir", - Raufoglu yazıb.

Qeyd edək ki, Transxəzər Müəssisələr Fondu daha çox TRIPP+ adı ilə tanınan təşəbbüsün rəsmi hüquqi adıdır.

Əlavə edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyan Nyu-Yorkda səfərdədir. Onlar BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində keçirilən tədbirlərdə iştirak edirlər.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930