6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

MALİYYƏ-BİZNES

Putin Rusiyada rəqəmsal rublun tam istifadəyə verildiyini açıqlayıb

23-sentyabr-2026, 20:12
Putin Rusiyada rəqəmsal rublun tam istifadəyə verildiyini açıqlayıb
Yazı Ölçüsü:

Rusiya Prezidenti Vladimir Putin sentyabrın 1-dən rəqəmsal rublun Rusiyanın maliyyə sistemində tamhüquqlu ödəniş vasitəsinə çevrildiyini bildirib. O, bunu hökumət üzvləri ilə müşavirə zamanı deyib.

"PostMedia" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Dövlət başçısı Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullinaya və maliyyə naziri Anton Siluanova rəqəmsal rublun istifadəyə verilməsi və ondan istifadə imkanları barədə danışmağı təklif edib.

“Sentyabrın 1-dən rəqəmsal rubl Rusiyanın maliyyə sistemində tamhüquqlu ödəniş vasitəsinə çevrilib”, – Putin deyib.

O, əvvəlcə Nabiullinadan, daha sonra isə Siluanovdan bu münasibətlə “bir neçə söz deməyi” xahiş edib.

Rusiyada rəqəmsal rubldan istifadə sentyabrın 1-dən başlayıb. Mərkəzi Bankın rəqəmsal valyutası nağd və nağdsız pullarla yanaşı, Rusiya rublunun ayrıca formasıdır.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930