6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

MALİYYƏ-BİZNES

Hörmüz boğazından keçən gəmilərin sayı azalmağa davam edir

15-sentyabr-2026, 15:31
Hörmüz boğazından keçən gəmilərin sayı azalmağa davam edir
Yazı Ölçüsü:

ABŞ və İran arasında davam edən münaqişə fonunda Hörmüz boğazında dəniz daşımalarının həcmi azalmağa davam edir.

"PostMedia" “Al-Arabiya” analitik “Kpler” şirkətinin məlumatlarına istinadən xəbər verir ki, sentyabrın 14-də Hörmüz boğazına cəmi iki tanker daxil olub, iki quru yük gəmisi isə boğazdan çıxıb. Bundan əvvəlki gün bu dəniz marşrutundan ümumilikdə 10 gəmi keçib.

Qeyd olunur ki, bu göstəricilərə Avtomatik İdentifikasiya Sisteminin (AIS) siqnallarını söndürərək boğazdan keçmiş ola biləcək gəmilər daxil deyil.

Sentyabrın 14-də Babül-Məndəb boğazından 21 yük gəmisi keçib. Ötən gün bu göstərici 28 olub.

“Al-Arabiya”nın məlumatına görə, fevralın 28-də ABŞ və İran arasında qarşıdurmanın aktivləşməsindən əvvəl Hörmüz boğazından sutkada təxminən 125 iri kommersiya gəmisi – o cümlədən tankerlər, qazdaşıyanlar, quru yük və konteyner gəmiləri keçirdi.

Dünya üzrə sutkalıq xam neft və mayeləşdirilmiş təbii qaz tədarükünün təxminən 20%-i məhz bu marşrutun payına düşürdü.

Gəmiçiliyin azalması Hörmüz boğazının qlobal enerji təchizatında mühüm rolunu nəzərə alaraq, regiondakı münaqişənin beynəlxalq enerji bazarlarına mümkün təsirləri ilə bağlı narahatlıqları artırır.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930