6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

MALİYYƏ-BİZNES

Türkiyədən Ermənistana 1,336 milyon dollarlıq ixrac həyata keçirilib

14-sentyabr-2026, 18:29
Türkiyədən Ermənistana 1,336 milyon dollarlıq ixrac həyata keçirilib
Yazı Ölçüsü:

"Türkiyə İxracatçılar Məclisi" 2026-cı ilin yanvar-avqust aylarında Türkiyənin ixrac göstəricilərinə dair məlumatları açıqlayıb.

"PostMedia" Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə ölkənin ixracı 4% artaraq 177,9 milyard dollardan 185 milyard dollara yüksəlib.

Türkiyənin səkkiz qonşu ölkəyə - Azərbaycan, Bolqarıstan, Gürcüstan, İran, İraq, Suriya, Yunanıstan və Ermənistana ixracı da artıb. Yanvar-avqust aylarında bu ölkələrə ümumi ixrac 2,6% artaraq 17 milyard 762 milyon 593 min dollardan 18 milyard 226 milyon 225 min dollara çatıb. Beləliklə, ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 463 milyon 632 min dollar artıb.

Qonşu ölkələr arasında Türkiyənin ən böyük ixrac həcmi İraqa qeydə alınıb - 5 milyard 758 milyon 899 min dollar. İraqı 3 milyard 439 milyon 40 min dollarla Bolqarıstan, 2 milyard 293 milyon 38 min dollarla Yunanıstan, 1 milyard 949 milyon 857 min dollarla Gürcüstan, 1 milyard 675 milyon 429 min dollarla Suriya, 1 milyard 566 milyon 709 min dollarla İran və 1 milyard 541 milyon 916 min dollarla Azərbaycan izləyib.

Qeyd edək ki, Türkiyə ilk dəfə Ermənistana ixracla bağlı rəsmi məlumat açıqlayıb. Əvvəllər Türkiyə ilə Ermənistan arasında birbaşa quru ticarətinin olmadığı bildirilirdi.

Yeni rəsmi məlumatlara görə, 2026-cı ilin yanvar-avqust aylarında Türkiyədən Ermənistana 1 milyon 336 min dollarlıq məhsul ixrac edilib.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930