6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İKT

Pavel Durov: "Onu məhz qurbangahın yanında işdən çıxarmaq lazım idi"

Pavel Durov: "Onu məhz qurbangahın yanında işdən çıxarmaq lazım idi"
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

"Telegram" messencerinin qurucusu Pavel Durov "Nvidia" şirkətində rəhbər vəzifələrdən çıxmaq barədə Censen Huanqın qərarını şərh edib və şirkətin idarə heyətinin qərarını dəstəkləyib.

"PostMedia" "Kommersant"a istinadən xəbər verir ki, Durov bu fikirləri paylaşımında səsləndirib.

Durov zarafatla "Nvidia"nın eski baş icraçı direktorunun ailə vəziyyətinə də toxunub. O, Huanqın evli olduğunu xatırladıb və bunu müqavilə ilə müqayisə edib: onun sözlərinə görə, Huanq eksklüziv müqavilə bağlayıb, müqavilənin ləğvi halında 50 faiz cərimə nəzərdə tutulub, xidmətin qüsursuz işləməsinə isə heç bir zəmanət verilməyib.

"Belə bir müqavilə bağlayan adama necə etibar etmək olar ki, ona şirkətin idarəsini tapşıraq? Onu məhz qurbangahın yanında işdən çıxarmaq lazım idi", — deyə Durov yazıb.

Censen Huanq 12 noyabrda "Nvidia"da bütün rəhbər vəzifələrdən çəkilmək niyyətini elan edib. Bundan qısa müddət əvvəl mətbuatda onun Çin sahibkarı Elis Huanqla iddia olunan münasibəti barədə materiallar yayılmışdı. Elis Huanqın Çin hakimiyyətinə məlumat ötürməsi ilə bağlı şübhələr də bu şəxslə əlaqələndirilir.

Bu xəbərlər ABŞ-nin Çinə qabaqcıl yarımkeçirici və texnologiyaların ixracına qoyduğu məhdudiyyətlərin fonunda "Nvidia" rəhbərliyinin ətrafına diqqəti daha da artırıb.

Müəllif
Tural
Kateqoriyalar

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30