6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İKT

"Meta" "Instagram"da yeniyetmələri qorumaq üçün süni intellekt yaş yoxlamasını genişləndirir

"Meta" "Instagram"da yeniyetmələri qorumaq üçün süni intellekt yaş yoxlamasını genişləndirir
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

"Meta" "Instagram"da yeniyetmələri qorumaq üçün süni intellekt əsaslı yaş müəyyənetmə sistemini bütün dünyada genişləndirir.

"PostMedia" xarici KİV-lərə istinadən xəbər verir ki, şirkət bu barədə məlumat yayıb.

Şirkətin açıqlamasına görə, bu addım nəticəsində daha milyonlarla istifadəçi "Teen Account" qoruyucu tədbirlərindən yararlanacaq. Oxşar texnologiyanın bu ilin sonunda "Threads" platformasına da tətbiq olunması planlaşdırılır.

"TechCrunch" yazır ki, "Meta" süni intellekt vasitəsilə yeniyetmə olduğundan şübhələndiyi istifadəçilər barədə əlamətləri axtaracaq. Bu, hesabda böyük yaşın göstərildiyi hallarda da tətbiq olunacaq. "Engadget"in məlumatına görə, şirkət bu texnologiyadan "Facebook" və "Threads"də də daha geniş istifadə edəcək.

Başqa sözlə, istifadəçinin qeyd etdiyi doğum tarixi yaşı təsdiqləmək üçün tək kifayət etmir. Sistem hesabın real istifadəçisinin yaşını digər əlamətlərə əsasən qiymətləndirməyə çalışır.

Müəllif
Kamal
Kateqoriyalar

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30