6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İKT

Rusiyada noyabrın əvvəlindən "Telegram"da 700 mindən çox qrup və kanal bloklanıb

Rusiyada noyabrın əvvəlindən "Telegram"da 700 mindən çox qrup və kanal bloklanıb
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

Rusiyada noyabrın əvvəlindən bəri "Telegram" mesajlaşma tətbiqi 707 mindən çox qrup və kanala girişi məhdudlaşdırıb.

"PostMedia" xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.

Məlumata görə, bloklanan qrup və kanalların 2,9 mini terrorizmlə bağlı olub. Rusiya rəsmi qurumunun fikrincə, "Telegram"ın rəhbərliyi qanunvericiliyə əməl etmir, şəxsi məlumatları qorumur və xidmətdən cinayət və terror məqsədləri üçün istifadəyə imkan verir.

Cari ilin əvvəlindən bəri isə 29,8 milyon icma bloklanıb. Bloklamaların əksəriyyəti yanvar–mart aylarında olub və bu dövrdə tətbiq gündə təxminən 100 min kanal və qrupu məhdudlaşdırıb.

"Telegram" qadağan olunmuş məzmunu silmədiyinə görə müntəzəm olaraq cərimə edilir. Hazırda tətbiqə qarşı ümumi məbləği 45,1 milyon rubl olan 29 icra prosesi açıqdır.

Müəllif
Turan
Kateqoriyalar

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30