Səudiyyə Ərəbistanının Mədinə regionunda Şərq-Qərb neft kəməri hədəf alınıb və nəticədə yanğın baş verib.
"PostMedia" xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Enerji Nazirliyi məlumat yayıb.
Nazirliyin məmurunun sözlərinə görə, yanğın məhdud xarakter daşıyıb. Hadisə nəticəsində ölən və yaralanan olmayıb, kəmərin fəaliyyəti isə pozulmayıb.
Xatlıladaq ki, Şərq-Qərb kəməri Hörmüz boğazı ətrafında xam neftin daşınması üçün Səudiyyə Ərəbistanının əsas marşrutlarından biri hesab olunur.