"Formula-1" üzrə İspaniya Qran-prisinin keçirildiyi gün Madriddəki yeni "Madrinq" ("Madring") trasında ilk ciddi qəza baş verib. Taylandlı "Formula-2" pilotu Tasanapol İntxraphuvasakın idarə etdiyi bolid divara çırpıldıqdan sonra alovlanıb.
"PostMedia"nın "Marca"ya istinadən məlumatına görə, "ART Grand Prix" komandasının pilotu sərbəst məşq zamanı 19-cu döngədə avtomobilə nəzarəti itirib və qoruyucu baryerə çırpılıb. Toqquşmadan sonra boliddə yanğın baş verib.
Pilot avtomobildən özü və qısa müddət ərzində çıxmağı bacarıb. Tasanapol İntxraphuvasakın xəsarət almadığı bildirilib. Qəza səbəbindən məşq sessiyası qırmızı bayraqla dayandırılıb və trasın təmizlənməsi üçün təxminən 24 dəqiqə vaxt lazım olub.
"Madrinq" trаsı 2026-cı ildə ilk dəfə İspaniya Qran-prisinə ev sahibliyi edir. Madridin yeni şəhər trası Formula-1 təqvimində ənənəvi Barselona trasını əvəz edib. İspaniya Qran-prisi 11-13 sentyabr tarixlərində keçirilir.