6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

ƏMƏLİYYAT-AXTARIŞ

Bayram günlərində FHN 18 nəfəri xilas edib

Bayram günlərində FHN 18 nəfəri xilas edib
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

Fövqəladə Hallar Nazirliyi (FHN) Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar qeyri-iş günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.

Nazirlikdən "PostMedia"ya verilən məlumata görə, bayram günlərində “112” qaynar telefon xəttinə daxil olan zənglər əsasında ümumilikdə 72 yanğın, köməksiz vəziyyətdə qalma ilə bağlı 15 və avtonəqliyyat qəzaları üzrə 2 hadisəyə çıxış edilib.

Həyata keçirilən əməliyyatlar nəticəsində, o cümlədən 5-i azyaşlı olmaqla, ümumilikdə 18 nəfər xilas edilib.

Müxtəlif hadisələrlə əlaqədar, o cümlədən bağlı qapı və avtoqəza hallarında 4 nəfərin meyiti təhvil verilib.

FHN-in məlumatında qeyd olunub ki, görülən təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ şəkildə söndürülüb və insanların həyatının xilas edilməsi təmin olunub.

Müəllif
Tural
Kateqoriyalar

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30