Gürcüstanın hüquq-mühafizə orqanları ölkənin Avropa və Avroatlantik inteqrasiya məsələləri üzrə keçmiş dövlət naziri Giorgi Baramidzeni saxlayıb.
"PostMedia" xəbər verir ki, bu barədə Gürcüstanın "İmedi" telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin hökumətində yüksək vəzifə tutmuş Baramidze dövlətə xəyanət və təxribat ittihamları ilə saxlanılıb.
Gürcüstanın "Pirveli" telekanalı da Baramidzenin saxlanılma görüntülərini yayıb. Kadrlardan keçmiş məmurun öz mənzilində saxlanıldığı görünür.
Daha əvvəl Baramidze müxalif siyasətçi İaqo Xviçiyanın müəllifi olduğu verilişdə 1992-1993-cü illərdə Abxaziya münaqişəsi zamanı Gürcüstan tərəfinin əsirlikdə olan hərbçilərini geri qaytara bilmədiyini bildirib. Onun sözlərinə görə, buna səbəb Gürcüstanın Abxaziya tərəfinə dəyişdirilməsi üçün abxaz hərbçiləri olmaması olub.
Baramidze iddia edib ki, Gürcüstanın abxaz əsirləri olmayıb, çünki gürcü hərbçiləri onları güllələyiblər.
Bundan sonra Gürcüstan Baş Prokurorluğu Baramidze barəsində dövlətə xəyanət və təxribat maddələri üzrə cinayət işi açıb.