6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

Rusiya freqatından Danimarka helikopterinə doğru atəş açılıb

15-sentyabr-2026, 09:27
Rusiya freqatından Danimarka helikopterinə doğru atəş açılıb
Yazı Ölçüsü:

Rusiya freqatı Danimarka Silahlı Qüvvələrinə məxsus helikopterə doğru iki siqnal raketi buraxıb.

Hadisə zamanı helikopter Gedser yaxınlığındakı beynəlxalq sularda freqatı fotoşəkilləndirib.

"PostMedia" xəbər verir ki, bu barədə Danimarka Silahlı Qüvvələri məlumat yayıb. Bildirilib ki, raketlərdən biri birbaşa helikopterin yanından keçib.

Məlumatda hərbi gəminin adı açıqlanmayıb. Danimarka Hərbi Hava Qüvvələrinin komandanı Yan Damın sözlərinə görə, siqnal raketi helikopterə və ya hərbçilərə dəyə bilərdi.

“Fotoşəkil çəkilən zaman helikopterin qapısı açıq olub”, – o bildirib.

Hərbi analitik Kennet Ellenshlegger Bull isə hadisənin uçuşların təhlükəsizliyinə təhdid yaratdığını və Rusiya tərəfinin belə addım atması üçün heç bir əsas olmadığını deyib.

Danimarkanın Baş naziri Mette Frederiksen hadisəni ciddi insident kimi qiymətləndirib və onu Rusiyanın Avropadakı davranışları kontekstində nəzərdən keçirdiyini bildirib.

“Rusiya getdikcə daha aqressivləşir, Avropaya qarşı hibrid müharibəni gücləndirir və NATO-nun möhkəmliyini sınamağa çalışır”, – Frederiksen vurğulayıb.

Danimarka Xarici İşlər Nazirliyi insidentlə bağlı Rusiyanın bu ölkədəki səfiri Vladimir Barbinı nazirliyə çağırıb. Xarici işlər naziri Lars Löke Rasmussen hadisəni “tamamilə qəbuledilməz” adlandırıb.

Rusiya gəmisinin iştirakı ilə daha bir insident iyun ayında La-Manş boğazında baş verib. Həmin vaxt “Admiral Qriqoroviç” freqatı Britaniyanın “Bright Future” adlı şəxsi yelkənli gəmisinin yaxınlığında siqnal raketləri buraxıb və xəbərdarlıq atəşi açıb. Rusiya Müdafiə Nazirliyi iddia edib ki, yelkənli gəmi əlaqə yaratmaq cəhdlərinə cavab verməyib və freqata 150 metrədək yaxınlaşıb.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930