6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

SEPAH Bəhreyndəki Amerika radarına yeni zərbələr endirdiyini bildirib

SEPAH Bəhreyndəki Amerika radarına yeni zərbələr endirdiyini bildirib
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Bəhreyndə yerləşən Amerika radiolokasiya stansiyasına yeni zərbələr endirdiyini bildirib.

"PostMedia" "Al Jazeera"ya istinadən xəbər verir ki, zərbə barədə məlumatı SEPAH-ın mətbuat xidməti yayıb.

Açıqlamada bu hücumun ABŞ-nin İranın Sirik şəhərində telekommunikasiya qülləsinə endirdiyi hava zərbəsinin cavabı olduğu bildirilir. Mətbuat xidmətinin mesajında deyilir: "Bu, ABŞ-nin İranın Sirik şəhərində telekommunikasiya qülləsinə endirdiyi hava zərbəsinə cavabdır".

İran dövlət telekanalı Press TV-nin məlumatına görə, hücum altı PUA ilə Er-Rifaa hərbi-hava bazasında yerləşən Amerika radarına yönəlib. TASS-ın yaydığı məlumatda isə Bəhreynin hava hücumundan müdafiə qüvvələrinin İranın hücumu zamanı bir neçə hava hədəfini ötürdüyü qeyd olunur.

SEPAH-ın açıqlamasından sonra Bəhreynin Daxili İşlər Nazirliyi potensial təhlükə barədə xəbərdarlıq edib. Nazirlik təhlükənin xarakterini açıqlamayıb və vətəndaşları təhlükəsiz yerlərdə gizlənməyə çağırıb. TASS-a görə, nazirlik səhər ərzində iki dəfə xəbərdarlıq yayıb.

ABŞ-nin Mərkəzi Komandanlığı (CENTCOM) hələlik bu açıqlamaya münasibət bildirməyib. Xatırladaq ki, ötən cümə günü Tasnim agentliyi də SEPAH-ın Bəhreyndəki radiolokasiya stansiyasına zərbə endirdiyini yazmışdı. CENTCOM bu məlumatı təkzib edib və ABŞ silahlı qüvvələrinin Bəhreyn istiqamətinə uçan iki İran zərbə PUA-sını vurduğunu açıqlayıb.

Müəllif
Ülkər
Kateqoriyalar

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30