SEPAH-ın məlumatına görə, Hörmüz boğazının şərq hissəsində mayeləşdirilmiş təbii qaz daşıyan qazgəmi mina ilə toqquşub və güclü partlayış baş verib.
"PostMedia" xəbər verir ki, bu barədə SEPAH məlumat yayıb.
SEPAH-ın Telegram kanalında yazılıb ki: "Xəbərdarlıqlara məhəl qoymayaraq, mayeləşdirilmiş təbii qazla yüklənmiş gəmi Hörmüz boğazının şərq hissəsini keçməyə cəhd edib. Gəmi minaya çırpılıb və güclü partlayış baş verib."
Bildirilir ki, qazgəmi Tehranın təsdiq etmədiyi cənub marşrutu ilə boğazdan keçməyə çalışıb. Bu marşrut Omanın sahilinə yaxın hissədən keçir.
SEPAH bildirib ki, bu dəniz yolunun təhlükəsi barədə dəfələrlə xəbərdarlıq edib və Hörmüz boğazının İran silahlı qüvvələrinin müşahidəsi və tam nəzarəti altında qaldığını vurğulayıb.