Çin ABŞ-nin casusluq ittihamlarını rədd edib və bu ittihamlar "Nvidia" şirkətinin baş icraçı direktoru Censen Xuanqın çinli casusla əlaqəsi barədə xəbərlərin fonunda gündəmə gəlib.
"PostMedia" "Anadolu Agentliyi"nə istinadən xəbər verir ki, Pekin ABŞ-nin iddialarını rədd edərək, ölkənin müstəqil innovasiya potensialını vurğulayıb və "Çin casusluğu" hekayəsinə qarşı çıxıb.
Xatırladaq ki, son günlər xarici mediada Censen Xuanqın çinli kəşfiyyatla əlaqəli olması ehtimal edilən qadınla münasibəti barədə məlumatlar yayılıb. Bu xəbərlər "Nvidia"nın səhmlərində satış dalğasına səbəb olub.
"France 24"ün məlumatına görə, "Nvidia"nın idarə heyəti çərşənbə günü şirkətin baş icraçısını vəzifəsindən uzaqlaşdırmaq məsələsini müzakirə etmək üçün toplaşıb. Məlumatda iki evlənmədən kənar münasibətdən söhbət gedir, onlardan biri iddia edilən çinli casusla bağlıdır.
CNBC yazır ki, bu gərginlik fonunda "Nvidia"nın səhmləri 7 faiz ucuzlaşıb. Şirkətin rəhbərliyi ilə bağlı qərarın nə olacağı isə hələ məlum deyil.
"Bloomberg"ə istinadən "Kommersant" yazır ki, bu işdə adı çəkilən, Çin xidmətləri üçün işləməkdə şübhəli bilinən sahibkar Elis Xuanq Pekinə qayıdıb. "Euronews" isə Censen Xuanqın araşdırma altında olduğunu və onun yerinə kimin gələ biləcəyinin çətin olduğunu qeyd edir.