6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Braziliya məhkəməsi "Meta"ya 7,5 milyon real cərimə tətbiq edib

Braziliya məhkəməsi "Meta"ya 7,5 milyon real cərimə tətbiq edib
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

Braziliyanın Ali Seçki Məhkəməsi (TSE) ötən ay keçirilən prezident seçkisi zamanı məhkəmə qərarlarını tam yerinə yetirmədiyinə görə "Meta" şirkətini 7,5 milyon real (1,34 milyon dollar; 1,22 milyon avro) məbləğində cərimələyib.

"PostMedia" xəbər verir ki, bu barədə DW məlumat yayıb.

Məhkəmə qərarına görə, "Meta" məhkəmə tələblərini tam icra etməyib: şirkət müddətləri pozub və araşdırma zamanı şəffaflıq nümayiş etdirməyib. Eyni zamanda, məhkəmə hakimi Marko Aurelio Belizze qərarında bildirib ki, seçkinin nəticəsinə təsir məqsədilə qəsdən hərəkət edildiyini göstərən ilkin sübutlar yoxdur.

"Bu nəticəyə gəlmək üçün uyğun hüquqi prosedurlar çərçivəsində təqdim olunacaq möhkəm sübutlar tələb olunardı", — deyə Belizze bildirib.

Belizzeyə görə, cərimənin əsasını "Meta"nın məhkəmə tələblərinə ümumi münasibəti təşkil edib. Bura gecikmələr, natamam məlumatların təqdim edilməsi və şirkətin verdiyi bəzi məlumatların yoxlanılmasında yaranan çətinliklər daxildir.

Xatırladaq ki, Braziliyada oktyabrın 25-də keçirilən ikinci turda solçu prezident Luiz İnasio Lula da Silvanın koalisiyası "Meta"nı sağ cinahdan olan rəqibi Flavio Bolsonaru lehinə "algoritmik manipulyasiya"da ittiham edərək şikayət veriblər. "Meta" məhkəməyə ötən ay təqdim etdiyi məlumatda hər iki kampaniya üçün bərabər münasibəti təmin etmək məqsədilə tədbirlər gördüyünü bildirib.

Lula ikinci turda 51,7 %, Bolsonaru isə 48,2 % səs toplayıb. Qələbə nitqində Lula "Meta"nın seçkiyə qarışdığına dair iddialardan sonra böyük texnologiya platformalarının daha ciddi tənzimlənməsinə çağırıb.

"Seçkidə xaricdən, rəqəmsal platformalar vasitəsilə gələn xarici müdaxiləni aradan qaldırmalı olduq. Bu platformaları isə tənzimləməli olacağıq", — deyə Lula bildirib.

"Meta"ya məxsus platformalara "Facebook", "Instagram" və "WhatsApp" daxildir. Şirkət məhkəmənin qərarını qətiyyətlə rədd edib. Bəyanatda deyilir: "Biz faktları təqdim etməyə və davam edən hüquqi proseslərdə əsassız ittihamlara qarşı özümüzü müdafiə etməyə davam edəcəyik".

Müəllif
Jalə
Kateqoriyalar

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30