6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı məktubu ünvanlayıb

Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı məktubu ünvanlayıb
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstanda baş vermiş ağır yol-nəqliyyat hadisəsi ilə əlaqədar Bolqarıstan Prezidenti İliyana Yotovaya başsağlığı məktubu ünvanlayıb.

"PostMedia" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin rəsmi saytında məlumat yerləşdirilib.

Məktubda deyilir:

Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya

Bolqarıstanda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində insanların həlak olması və yaralanması xəbəri bizi dərindən kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost xalqınıza öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm.

Xatırladaq ki, noyabrın 3-də Prezident İlham Əliyev İliyana Yotovaya Bolqarıstan Respublikasının Prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik məktubu ünvanlayıb.

Müəllif
Redaksiya
Kateqoriyalar

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30