ABŞ prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlardan sonra Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Rusiyaya səfər edə bilərlər.
"PostMedia" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Agentliyin mənbəsinin sözlərinə görə, danışıqlar müəyyən vaxt tələb edəcək. Bununla belə, ABŞ tərəfi irəliləyiş əldə olunması imkanlarını ehtiyatlı nikbinliklə qiymətləndirir.
«İlk dəfədir ki, Rusiya tərəfinin işi sona çatdırmaq üçün real istək nümayiş etdirdiyini görürəm», – deyə ABŞ rəsmisi bildirib.