6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Marko Rubio: "Tramp hələ də İranla razılaşmaya hazırdır"

23-sentyabr-2026, 20:01
Marko Rubio: "Tramp hələ də İranla razılaşmaya hazırdır"
Yazı Ölçüsü:

ABŞ Dövlət katibi Marko Rubio bildirib ki, Prezident Donald Tramp hələ də İrana inkişaf etmək və çiçəklənmək imkanı verəcək razılaşma əldə etməyə hazırdır. Lakin onun sözlərinə görə, razılaşmanın əldə olunmasına Tehranın nüvə silahı məsələsindəki mövqeyi mane olur.

"PostMedia" xəbə verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

“Prezident İrana olması lazım olan ölkəyə – böyük və çiçəklənən dövlətə çevrilmək imkanı verəcək razılaşmaya açıqdır”, – Rubio çərşənbə günü BMT Baş Assambleyası çərçivəsində jurnalistlərə bildirib.

Bununla yanaşı, Dövlət katibi İranın “nüvə silahına sahib olmaq istəyində” israr etdiyini və terrorçuluğu dəstəkləməyə davam etdiyini bildirib. Rubionun sözlərinə görə, bu mövqe dəyişməzsə, Tramp “bir sıra variantları”, o cümlədən yeni hərbi əməliyyatları nəzərdən keçirə bilər.

Rubio bu həftə baş tutan danışıqların detalları barədə məlumat verməyib. Eyni zamanda o, ABŞ ilə Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasına üzv ölkələr arasında Yəməndə husilərin “dərin narahatlıq doğuran” hücumları ilə bağlı “konsensus” olduğunu qeyd edib.

ABŞ Dövlət katibi həmçinin Hörmüz boğazının “hücumlar olmadan açıq və azad” saxlanılmasının vacibliyini vurğulayıb. Strateji əhəmiyyət daşıyan bu su yolundan dünya üzrə neft və digər enerji daşıyıcılarının tədarükünün əhəmiyyətli hissəsi keçir.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930