6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Uitkoff İran nümayəndə heyəti ilə danışıqların yeni mərhələsinin konstruktiv olduğunu bildirib

23-sentyabr-2026, 08:30
Uitkoff İran nümayəndə heyəti ilə danışıqların yeni mərhələsinin konstruktiv olduğunu bildirib
Yazı Ölçüsü:

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff BMT Baş Assambleyası çərçivəsində İran nümayəndə heyəti ilə başa çatan dolayı danışıqlar mərhələsindən sonra ümidini ifadə edib və vasitəçilərin fəaliyyətlərini davam etdirəcəklərini bildirib.

"PostMedia" xəbər verir ki, bu barədə Uitkoff "X" sosial şəbəkəsində yazıb.

“BMT Baş Assambleyası çərçivəsində vasitəçilərin iştirakı ilə İran nümayəndə heyəti ilə uzunmüddətli danışıqlar apardıq. Vasitəçilər bütün gün ərzində iki tərəf arasında əlaqələndirmə aparıblar. Onlar müzakirələrin mərhələsini uğurla başa çatdırıblar. Ümid edirik ki, bu proses konstruktiv və perspektivli olacaq”, – 

Onun sözlərinə görə, vasitəçilər fəaliyyətlərini davam etdirəcəklər.

Daha əvvəl Uitkoff və ABŞ Prezidentinin kürəkəni Cared Kuşnerin çərşənbə axşamı BMT Baş Assambleyası çərçivəsində İran nümayəndə heyəti ilə görüşdüyü bildirilmişdi. ABŞ Prezidenti Donald Trampın sözlərinə görə, görüş üç saat davam edib və “çox yaxşı keçib”.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930