ABŞ və İran çərşənbə axşamı Nyu-Yorkda BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi çərçivəsində iki ölkənin iştirak etdiyi tədbirlər fonunda danışıqlar aparıb.
"PostMedia" xəbə verir ki, bu barədə "CBS News" məlumat yayıb.
ABŞ Prezidenti Donald Tramp Tehranla razılaşma əldə ediləcəyinə ümid etdiyini bildirib, lakin bunun mümkün vaxtı ilə bağlı konkret tarix açıqlamayıb.
"Böyük Britaniyanın Baş naziri Endi Börnhəmlə ikitərəfli görüşü zamanı Tramp deyib: "Düşünürəm ki, razılaşma əldə olunacaq".
ABŞ prezidentinin sözlərinə görə, İran Vaşinqtonla dialoqu davam etdirməkdə maraqlıdır.
"Onlar bizimlə danışmaq istəyirlər. Bizimlə danışıblar. Hətta bu gün də bizimlə danışırdılar və münasibətlər inkişaf edir", - Tramp bildirib.
Bununla yanaşı, o, "münasibətlərin inkişaf etməsi" ifadəsi ilə konkret nəyi nəzərdə tutduğunu açıqlamayıb və onun fikrincə, razılaşmanın nə vaxt əldə oluna biləcəyini də deməyib. Tramp daha əvvəl çərşənbə axşamı İranla razılaşmanın ABŞ-da keçiriləcək aralıq seçkilərindən sonra əldə oluna biləcəyini ehtimal etmişdi.
ABŞ Prezidenti həmçinin İranın Vaşinqtonun nüvə silahı məsələsində mövqeyini başa düşdüyünü bildirib.
"Onlar başa düşürlər ki, onların nüvə silahına malik olmasına icazə verə bilmərik və bunun əvəzində bədəl ödəməli olacaqlar", - Tramp deyib.
İran nümayəndə heyətinin BMT Baş Assambleyasının işində iştirak etmək üçün çərşənbə günü Nyu-Yorka gəlməsi gözlənilir. Hələlik Trampın İran Prezidenti və ya ölkənin xarici işlər naziri ilə görüşüb-görüşməyəcəyi barədə məlumat yoxdur.