Fransa Prezidenti Emmanuel Makron Ukraynadakı infrastruktura zərbələrə moratorium barədə razılaşmanın əldə olunması istiqamətində ABŞ Prezidenti Donald Trampla birgə işləməyə hazır olduğunu bildirib.
"PostMedia" xəbər verir ki, Makron bu barədə Nyu-Yorkda Trampla görüşünün nəticələri ilə bağlı "X" sosial şəbəkəsində yazıb.
"Biz Ukraynada enerji obyektlərinə və mülki infrastruktura zərbələrə moratorium tətbiq olunmasına nail olmaq üçün birlikdə çalışacağıq".
Makron həmçinin "Rusiya və Ukrayna arasında sülh nizamlanmasının şərtləri ilə bağlı ciddi danışıqların" aparılmasının tərəfdarı olduğunu bildirib.