6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Trampın fəaliyyətini mütəmadi işıqlandıran telekanallar ona boykot elan edib

22-sentyabr-2026, 00:04
Trampın fəaliyyətini mütəmadi işıqlandıran telekanallar ona boykot elan edib
Yazı Ölçüsü:

ABŞ Prezidentinin fəaliyyətini mütəmadi işıqlandıran bir sıra telekanallar "Ağ Ev"də çalışan həmkarlarının işdən uzaqlaşdırılmasından sonra Donald Trampa boykot elan edib.

"PostMedia" xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Misli görünməmiş boykot cümə günü Trampın CNN, həmçinin "Politico" və "MS NOW" nəşrlərinin əməkdaşlarına "Ağ Ev"də işləməyi qadağan etməsi ilə bağlıdır. Prezident bu qərarı həmin media qurumlarının onun fəaliyyətini, öz ifadəsi ilə, mənfi işıqlandırması ilə əsaslandırıb.

"Fox News", ABC, NBC və CBS qadağaya məruz qalmasa da, həmkarları ilə həmrəylik nümayiş etdirərək, məhdudiyyətlər qüvvədə qaldığı müddətdə prezidentin iştirakı ilə keçirilən tədbirləri televiziya üçün işıqlandırmayacaqlarını açıqlayıblar.

"Bu gündən etibarən televiziya press-pulu prezidentin fəaliyyətini mütəmadi işıqlandırmaq üçün nəzərdə tutulan və prezidentin iştirak etdiyi tədbirləri işıqlandırmayacaq", – hazırda press-pula rəhbərlik edən "Fox News"un Vaşinqton bürosunun rəhbəri Brayan Boutonun yaydığı mesajda bildirilib.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930