6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Regional münaqişə BƏƏ-ni məlumat mərkəzlərini yeraltına köçürmək ideyasını nəzərdən keçirməyə vadar edib

15-sentyabr-2026, 14:37
Regional münaqişə BƏƏ-ni məlumat mərkəzlərini yeraltına köçürmək ideyasını nəzərdən keçirməyə vadar edib
Yazı Ölçüsü:

Yaxın Şərqdə baş verən münaqişə fonunda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hakimiyyət orqanları yeraltı məlumat mərkəzlərinin tikintisi imkanını nəzərdən keçirir. Eyni zamanda, bir sıra təşkilatlar məlumatlarının saxlanmasını hələlik ölkə hüdudlarından kənara köçürür.

"PostMedia" xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumatlı mənbələrə istinadən yazıb.

Mart ayında NBC telekanalı BƏƏ-də “Amazon”un bulud platformasına məxsus məlumat mərkəzlərindən birinin zərbəyə məruz qaldıqdan sonra sıradan çıxdığını bildirmişdi. Daha sonra “Amazon Web Services” Bəhreyndəki infrastrukturuna da ziyan dəydiyini açıqlamışdı.

“WSJ” yazır ki, mümkün zərbələrlə bağlı narahatlıqları azaltmaq məqsədilə BƏƏ rəsmiləri yeraltı məlumat mərkəzlərinin tikintisi və hesablama komplekslərinin yaxınlığında pilotsuz uçuş aparatlarına qarşı müdafiə sistemlərinin yerləşdirilməsi ideyasını irəli sürüblər.

Nəşr qeyd edir ki, belə bir təşəbbüs məlumat mərkəzlərinin onsuz da yüksək olan tikinti xərclərini daha da artıracaq.

Bununla belə, “The Wall Street Journal”ın məlumatına görə, hazırda əks istiqamətdə tendensiya müşahidə olunur və məlumatlar BƏƏ ərazisindən kənara köçürülür.

Sahə üzrə ekspertlər bildirirlər ki, yerli şirkətlərin məlumatlarının suverenliyi məsələsində adətən sərt siyasət yürüdən BƏƏ, “Amazon” ölkədəki obyektinin fəaliyyətini bərpa etməklə məşğul olduğu müddətdə bəzi təşkilatlara məlumatlarını xaricə köçürməyə icazə verib.

Bu addım regionda davam edən münaqişənin rəqəmsal infrastrukturun təhlükəsizliyinə təsirinin artdığını göstərir.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930