6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Səudiyyə Ərəbistanı Yəmənin Taiz vilayətinə hava zərbələri endirib

15-sentyabr-2026, 10:37
Səudiyyə Ərəbistanı Yəmənin Taiz vilayətinə hava zərbələri endirib
Yazı Ölçüsü:
Səudiyyə Ərəbistanına məxsus təyyarələr Yəmənin Taiz vilayətinin Dubab rayonuna hava zərbələri endirib.
"PostMedia" xəbər verir ki, bu barədə sentyabrın 14-də yerli mənbəyə istinadən “Saba” agentliyi məlumat yayıb.
“Düşmən Səudiyyə təyyarələri Dubab rayonuna zərbələr endirir”, – deyə agentliyin yaydığı məlumatda bildirilib.
Hava zərbələri nəticəsində dinc sakinlər arasında ölən və yaralananların olduğu qeyd edilir.
Husilərin nəzarətində olan “Saba” agentliyi sentyabrın 10-da Səudiyyə Ərəbistanı aviasiyasının Yəmənin cənub-qərbində yerləşən Taiz vilayətinin Moha şəhərindəki beynəlxalq hava limanına iki zərbə endirdiyini bildirmişdi.
Ümumilikdə Taiz vilayətində 18 hava zərbəsinin qeydə alındığı bildirilib. Hava limanından başqa, Moza və Makbana rayonları, eləcə də Moha şəhərindəki yol qovşağı da zərbələrin hədəfi olub.
Yəməndə husilərlə bağlı qarşıdurma fonunda Səudiyyə Ərəbistanının Taiz vilayətinə hava zərbələri davam edir.
Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930