6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Avropa Komissiyası fon der Lyayenin elan etdiyi təşəbbüslərin böyük hissəsini həyata keçirməyib

15-sentyabr-2026, 14:14
Avropa Komissiyası fon der Lyayenin elan etdiyi təşəbbüslərin böyük hissəsini həyata keçirməyib
Yazı Ölçüsü:
Avropa Komissiyası (AK) bir il ərzində qurumun rəhbəri Ursula fon der Lyayenin elan etdiyi 30 əsas təşəbbüsdən yalnız 11-ni tam şəkildə həyata keçirib. Daha 11 təşəbbüs qismən icra olunub, 8 təşəbbüs isə hələ hazırlıq mərhələsindədir.
"PostMedia" xəbər verir ki, bu barədə sentyabrın 11-də Avropa Komissiyasının saytında yayımlanan rəsmi sənədlərdən məlum olur.
Tamamlanmamış təşəbbüslər arasında müdafiə, enerji, xarici sərhədlərin mühafizəsi və korrupsiyaya qarşı mübarizə sahələri ilə bağlı məsələlər yer alır. Belə ki, Avropa İttifaqının (Aİ) şərq sərhədlərinin monitorinqi üçün nəzərdə tutulan “Eastern Flank Watch” sistemi hələ fəaliyyətə başlamayıb, Frontex-in gücləndirilməsi prosesi də başa çatmayıb.
Bundan əlavə, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə üzrə yeni qaydalar təsdiqlənməyib. Europol-un səlahiyyətlərinin yenidən nəzərdən keçirilməsi istiqamətində isə daha çox irəliləyiş əldə olunub. AK müvafiq qanun layihəsini 2026-cı ilin iyununda təqdim etsə də, sənəd hələ Aİ Şurası və Avropa Parlamenti tərəfindən qəbul edilməlidir.
Avropanın elektrik şəbəkələrinin modernləşdirilməsi üzrə tədbirlər paketi də hələ qanunvericilik təklifi mərhələsindədir. Əmək bazarı, mənzil təminatı, yoxsulluq və korrupsiyaya qarşı mübarizə sahələrindəki bəzi vədlər də yerinə yetirilməyib.
Tam şəkildə həyata keçirilən təşəbbüslər arasında isə gender bərabərliyi, kibertəhqirə qarşı mübarizə, heyvandarlıq və əlçatan mənzil təminatı sahələrindəki ayrı-ayrı tədbirlər yer alır.
Avropa Komissiyasının məlumatları fon der Lyayenin elan etdiyi təşəbbüslərin əhəmiyyətli hissəsinin hələ tam icra mərhələsinə çatmadığını göstərir.
Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930