6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Fars körfəzi ölkələri ABŞ-nin etibarlılığını şübhə altına alıblar – "Time"

15-sentyabr-2026, 11:38
Fars körfəzi ölkələri ABŞ-nin etibarlılığını şübhə altına alıblar – "Time"
Yazı Ölçüsü:
Yaxın Şərqdə başlayan münaqişə fonunda Fars körfəzi ölkələri ABŞ-nin təhlükəsizlik zəmanətlərinin etibarlılığını şübhə altına almağa başlayıblar.
"PostMedia" xəbər verir ki, bu barədə sentyabrın 14-də "Time" jurnalı məlumat yayıb.
Jurnalın yazdığına görə, region ölkələri üçün ABŞ-ın münaqişəyə İsrailin tərəfində daxil olması, lakin yaranmış nəticələrin öhdəsindən gələ bilməməsi gözlənilməz olub. Məqalədə qeyd edilir ki, Fars körfəzi ölkələri uzun müddətdir Vaşinqtonun İran məsələsində ardıcıl və effektiv yanaşmanı itirdiyini düşünürlər.
Nəşr bildirir ki, ABŞ-nin münaqişədən mümkün qədər tez çıxmağa çalışması, hətta İranın Hörmüz boğazını bağladığı bir vaxtda belə, Fars körfəzinin ərəb ölkələrində onların xəbərdarlıq edilmədən, məsləhətləşmələr aparılmadan və lazımi müdafiə təmin edilmədən müharibəyə cəlb edildiyi təəssüratını yaradıb.
Yaranmış vəziyyət fonunda regionun bir sıra ölkələri İrana qarşı qarşıdurma siyasətindən geri çəkilərək çəkindirmə və gərginliyin azaldılması yolunu seçiblər. Qətər və Oman ABŞ-yə təzyiq göstərərək mümkün qədər tez sülh razılaşmasına nail olunmasını tələb ediblər.
Küveyt və Bəhreyn əvvəlcə münaqişənin davam etdirilməsini dəstəkləsələr də, sonradan digər ölkələrin mövqeyini müdafiə ediblər.
Bu mövqe dəyişikliyi Fars körfəzi ölkələrinin ABŞ-nin regiondakı təhlükəsizlik siyasətinə münasibətində müəyyən dəyişikliklərin baş verdiyini göstərir.
Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930