6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Serbiya prezidenti Vuçiç sentyabrın 27-də istefa verəcəyini açıqlayıb

15-sentyabr-2026, 00:18
Serbiya prezidenti Vuçiç sentyabrın 27-də istefa verəcəyini açıqlayıb
Yazı Ölçüsü:

Serbiya Prezidenti Aleksandar Vuçiç sentyabrın 27-də dövlət başçısı vəzifəsindən istefa verəcəyini və həmin gün axşam saatlarında vətəndaşlara müraciət edəcəyini açıqlayıb.

"PostMedia" xəbər verir ki, bu barədə Serbiya mediası məlumat yayıb.

Vuçiç daha əvvəl parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı müvafiq qərarları imzalayıb. Serbiyanın rəsmi hökumət portalının məlumatına görə, seçkilər 25 oktyabr 2026-cı il tarixində keçiriləcək.

Vuçiç daha əvvəl istefasını sentyabrın 25-i və ya 26-sı verə biləcəyini bildirmişdi. Onun sözlərinə görə, bu addımdan sonra seçki kampaniyasında sıravi vətəndaş kimi iştirak edəcək.

Qeyd edək ki, Vuçiç parlament seçkilərində Serbiyanın baş naziri vəzifəsinə namizəd olmağı planlaşdırır. O, hazırkı prezidentlik müddətində daha bir dəfə prezident seçilə bilmədiyi üçün siyasi karyerasını hökumət başçısı postunda davam etdirməyə çalışır.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930