6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Zelenski Trampın təklifini dəstəkləyib

14-sentyabr-2026, 20:50
Zelenski Trampın təklifini dəstəkləyib
Yazı Ölçüsü:

Ukrayna tərəfdaşlarına Rusiya ilə həyati əhəmiyyətli infrastrukturun məhv edilməsini dayandıracaq razılaşmanın əldə olunmasını təklif edib.

"PostMedia" xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.

"Ərzaq, enerji və həyat təminatının digər fundamental elementləri qorunmalıdır. Rusiya zərbələri isə ilk növbədə məhz bu obyektlərə yönəlir.

Hər gün Ukraynanın enerji obyektləri, liman infrastrukturu, logistika sistemi, hətta ərzaq və dərman anbarları hədəfə alınır. Ukrayna Rusiyanın hər hansı razılaşmaya əməl etmək niyyətində olduğuna əmin deyil.

Əgər tərəfdaşlar Rusiyanın bizim elektrik enerjisi sistemimizə, digər enerji obyektlərinə və həyati əhəmiyyətli infrastruktura zərbə endirməməyə real şəkildə hazır olmasını təmin etməyə qadirdirlərsə, biz də öz tərəfimizdən zərbələr endirməməyə hazırıq.

Bunun etibarlı, uzunmüddətli olması və insanların həyatına real təsir göstərməsi üçün, ruslar öz "seçkilərini" keçirəndə və məhz həmin vaxt yanacaqla bağlı gərginliyin azalmasından istifadə etməyə çalışanda razılaşmanın pozulmaması üçün müharibə başa çatdırılmalıdır.

Həyati əhəmiyyətli infrastrukturla bağlı gərginliyin azaldılmasına yönəlmiş addım sülhə aparan ilk addım ola bilər. Tərəfdaşlardan konkretlik gözləyirik", - deyə Zelenski qeyd edib.

Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Ukrayna və Rusiyanın enerji obyektlərinə zərbələr endirməmək barədə razılaşdığını açıqlamışdı.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930