6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Polşanın XİN rəhbəri: "Aİ ölkələri Rusiya ordusunu qısa müddətdə məğlub edə bilər"

14-sentyabr-2026, 16:24
Polşanın XİN rəhbəri: "Aİ ölkələri Rusiya ordusunu qısa müddətdə məğlub edə bilər"
Yazı Ölçüsü:

Polşanın xarici işlər naziri Radoslav Sikorski Rusiya ilə birbaşa hərbi qarşıdurma baş verəcəyi təqdirdə Polşa və digər Avropa ölkələrinin Rusiya ordusunu məğlub etmək iqtidarında olduğunu bildirib.

O, bunu Avropa ölkələrinin aviasiya sahəsində Rusiyadan əhəmiyyətli üstünlüyə malik olması ilə əlaqələndirib.

"PostMedia" xəbər verir ki, bu barədə "Focus" yazıb.

"Əgər Rusiya bizə hücum etsəydi və biz əlcəkləri çıxarsaydıq, düşünürəm ki, Rusiyanı kifayət qədər tez məğlub edərdik. Havada Rusiya üzərində böyük üstünlüyümüz var", - Sikorski deyib.

Polşanın silahlanmasında F-16C/D Block 52+ tipli 48 qırıcı təyyarə var. Varşava həmçinin Cənubi Koreyadan 48 FA-50 təyyarəsi və 32 F-35A qırıcısı sifariş edib.

Sikorski Ukraynanın Rusiyanın neft emalı zavodlarına endirdiyi zərbələri də nümunə göstərib. "Əgər ukraynalılar altı ay ərzində Rusiyanın neft emalı gücünün yarısını sıradan çıxara biliblərsə, biz bunu altı həftəyə edə və qalan yarısını da məhv edə bilərdik", - Polşanın xarici işlər naziri bildirib.

Sikorskinin sözlərinə görə, Avropa ölkələri Rusiya Prezidenti Vladimir Putini mümkün təcavüzə cavab verməyə hazır olduqlarına və Aİ-yə mümkün hücumun Moskva üçün çox ağır nəticələrə səbəb olacağına inandırmalıdır. Nazir Avropa ölkələrinin imkanlarının lazımınca qiymətləndirilmədiyini deyib.

Onun sözlərinə görə, Baltikyanı və Şimali Avropa ölkələrinin ümumi müdafiə xərcləri artıq Rusiyanın hərbi büdcəsini üstələyir. Sikorski ABŞ-ın iştirakı olmadan belə Avropa ölkələrinin hava üstünlüyünü qoruyub saxlaya biləcəyini iddia edib.

Polşanın Kalininqrad vilayəti ilə bağlı ayrıca planının olduğunu bildirən Sikorski Varşavanın həmin bölgədə baş verənləri diqqətlə izlədiyini deyib. Onun sözlərinə görə, bölgədə hazırda Rusiya hərbçilərinin sayı çox azdır.

"Putin bilir və ya güman edir ki, NATO sülhpərvər alyansdır və biz onun lokal zəifliyindən istifadə etməyəcəyik. Bu, səhv ola bilər", - Sikorski bildirib.

O, NATO-ya Kalininqrad vilayətini ələ keçirməyi təklif etmədiyini, bunun əvəzinə genişmiqyaslı hərbi təlimlərin keçirilməsini dəstəklədiyini açıqlayıb. Sikorskinin fikrincə, belə taktika Moskvanı bölgəyə əlavə qoşun göndərməyə və bununla da Ukraynadakı Rusiya hərbi kontingentini azaltmağa məcbur edə bilər.

Polşanın Baş naziri Donald Tusk isə bir gün əvvəl qarşıdakı həftə və aylarda Varşavanın Rusiya tərəfindən çox intensiv fəaliyyət gözlədiyini bildirib. O, eskalasiyanın Polşa ərazisinə də təsir göstərə biləcəyini istisna etməyib.

Polşa Belarus və Kalininqrad vilayəti ilə sərhəd boyunca "Şərq qalxanı" layihəsini həyata keçirir. Layihə müdafiə istehkamlarının və tank əleyhinə qurğuların inşasını nəzərdə tutur.

NATO-nun digər ölkələri də oxşar tədbirlər görür. İsveç Kalininqrad vilayətindən təxminən 300 kilometr məsafədə yerləşən Qotland adasının müdafiəsini gücləndirir. Baltikyanı ölkələr isə Rusiya və Belarusla sərhədlər boyunca müdafiə qurğularından ibarət "Baltic Defence Line" sistemini yaradır.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov daha əvvəl Kalininqrad vilayətinin "qeyri-dost mühasirəsi"nin Rusiya hakimiyyəti tərəfindən xüsusi diqqət tələb etdiyini bildirmişdi.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930