Vaşinqton İranla qarşıdakı danışıqlarda əsas diqqəti Hörmüz boğazında gəmiçiliyin bərpasına deyil, İranın nüvə proqramına yönəltmək istəyir.
"PostMedia" xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.
Telekanalın məlumatına görə, üç mənbə ABŞ Prezidenti Donald Trampın administrasiyasının nümayəndələrinin qeyri-rəsmi kanallarla Fars körfəzi ölkələrinə ABŞ və İran arasında gələcək danışıqların boğazın açılmasından daha çox Tehranın nüvə proqramına yönəldilməsini istədiklərini bildirdiyini deyib.
Regionda münaqişə kəskinləşməzdən əvvəl Hörmüz boğazı qlobal enerji ticarətinin əsas marşrutlarından biri hesab olunurdu. Dünya üzrə neft və mayeləşdirilmiş təbii qaz tədarükünün təxminən beşdə biri bu boğazdan keçirdi.