6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Tramp İranın Fars körfəzi ölkələri ilə danışıqlarını əhəmiyyətsiz sayıb

Tramp İranın Fars körfəzi ölkələri ilə danışıqlarını əhəmiyyətsiz sayıb
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

ABŞ Prezidenti Donald Tramp İranın Fars körfəzi ölkələri ilə Hörmüz boğazında yaranmış vəziyyətin müzakirə ediləcəyi planlaşdırılan görüşünə maraq göstərmədiyini bildirib.

"PostMedia" xəbər verir ki, bu barədə "AFP" məlumat yayıb.

"Bu, məni maraqlandırmır. Bu, onların işidir", - Tramp İrlandiyaya səfəri zamanı jurnalistlərin bazar ertəsi Omanda keçirilməsi planlaşdırılan görüşlə bağlı sualını cavablandırarkən deyib.

ABŞ Prezidenti həmçinin İranla müharibəni bu il başa çatdırmağı gözlədiyini bir daha açıqlayıb. Onun sözlərinə görə, münaqişə ABŞ-da noyabr ayında keçiriləcək aralıq seçkilərindən qısa müddət sonra başa çata bilər. Tramp hesab edir ki, bu, neft və benzinin qiymətlərinin kəskin ucuzlaşmasına səbəb olacaq.

"İran bunu dərhal sonra, bəlkə də ondan əvvəl başa çatdıracaq, amma mütləq aralıq seçkilərdən çox keçmədən. Benzinin qiymətləri aşağı düşəcək", - Tramp bildirib.

O, İranın ABŞ-la razılaşma əldə etməyə israrla çalışdığını və Vaşinqtona mütəmadi olaraq bununla bağlı təkliflər göndərdiyini iddia edib.

"Bir şeyi sizə deyim: İran razılaşma əldə etmək üçün çox istəyiklidir. Onlar daim zəng edirlər. Razılığa gəlmək istəyirlər. Amma razılaşma düzgün olmalıdır. Bizim maraqlarımıza uyğun olmayan saziş imzalamayacağam", - ABŞ Prezidenti vurğulayıb.

Kateqoriyalar

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30