6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

KTMT ölkələri Qazaxıstanda hərbi təlimlər keçirir

14-sentyabr-2026, 18:58
KTMT ölkələri Qazaxıstanda hərbi təlimlər keçirir
Yazı Ölçüsü:

Qazaxıstanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin birgə hərbi təlimləri başlayıb.

"PostMedia" xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistandan 1 500 hərbçi dağlıq ərazidə təhdidlərə operativ cavab tədbirlərini məşq edir. Ermənistan təlimlərdə iştirak etmir.

Təlimlər çərçivəsində dörd ölkənin qərargah və qoşunlarının birgə hazırlığı, qarşılıqlı fəaliyyəti və koordinasiyası təkmilləşdirilir.

Qazaxıstan Müdafiə Nazirliyindən bildirilib ki, təlimlər hər il keçirilir və birgə əməliyyatların səviyyəsinin yüksəldilməsinə, həmçinin Kollektiv Çevik Yerləşdirmə Qüvvələrinin qarşısında duran birgə vəzifələrin yerinə yetirilməsinə hazırlığın gücləndirilməsinə yönəlib.

Təlimlər sentyabrın 13-dən 18-dək Qazaxıstan Silahlı Qüvvələrinin Desant-Hücum Qoşunlarının komandanı, polkovnik Maxsut Quseynovun rəhbərliyi ilə keçiriləcək. Təlimlərə 300-dən çox silah, hərbi və xüsusi texnika, o cümlədən 115 pilotsuz uçuş aparatı cəlb olunub.

Bundan əlavə, hərbçilər dağlıq və səhralıq ərazilərdə sərhədçilər və Milli Qvardiya ilə birgə fəaliyyət üzrə də məşqlər keçirirlər.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930