6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

ABŞ prezidentinin xüsusi nümayəndəsi Minskə səfər edəcək

11-sentyabr-2026, 21:06
ABŞ prezidentinin xüsusi nümayəndəsi Minskə səfər edəcək
Yazı Ölçüsü:

ABŞ prezidentinin Belarus üzrə xüsusi nümayəndəsi Con Koal bazar ertəsi Minskə səfər edəcək.

"PostMedia" xəbər verir ki, bu barədə Polşa KİV-i onun ətrafındakı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Koal Belarusda daha bir qrup məhbusun azadlığa buraxılmasına nail olmağa çalışacaq. O, daha əvvəl 700-800 nəfərin azad edilməsinə kömək etdiyini bildirib və bu rəqəmi 1 000 nəfərə çatdırmağa ümid etdiyini deyib. Bu məlumat Reuters tərəfindən də təsdiqlənib.

Martın 19-da Minskdə Belarus Prezidenti Aleksandr Lukaşenko ilə Con Koal arasında keçirilən danışıqlardan sonra 250 nəfərlik daha bir qrup məhbusun əfv edildiyi açıqlanmışdı. Onların ekstremist xarakterli cinayətlərdə ittiham olunaraq Belarusun cəzaçəkmə müəssisələrində saxlanıldığı bildirilmişdi.

Bunun ardınca Koal ABŞ-nin "Belinvestbank", Belarus İnkişaf Bankı və Belarus Maliyyə Nazirliyinə qarşı tətbiq etdiyi sanksiyaların aradan qaldırılacağını açıqlamışdı. Həmçinin "Belarus Kalium Şirkəti" və "Belaruskali"nin ABŞ-nin sanksiya siyahılarından çıxarılacağı bildirilmişdi.

Daha sonra Tramp administrasiyasının xüsusi nümayəndəsi Vaşinqton və Minsk arasında bu istiqamətdə əməkdaşlığın davam etdiriləcəyini bildirib.

Öz növbəsində Lukaşenko ABŞ-la "siyasi məhbuslar" məsələsində əldə olunan razılaşmalara əməl etməyə hazır olduğunu açıqlayıb. Bununla belə, o, Belarusda belə bir məhbus kateqoriyasının mövcud olmadığını iddia edir.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930