6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Sosial

İlin sonunda Ermənistanda inflyasiya 4,4% artacaq - AİB

07-sentyabr-2026, 21:31
İlin sonunda Ermənistanda inflyasiya 4,4% artacaq - AİB
Yazı Ölçüsü:

Avqust ayında Ermənistanda illik inflyasiya 4,4% təşkil edib. İyul ayında bu göstərici 4,5% olub.

"PostMedia" xəbər verir ki, bu barədə Avrasiya İnkişaf Bankının (AİB) icmalında bildirilir.

Əsas təsir ərzaq inflyasiyasının əvvəlki aydakı 7,4%-dən 6,4%-ə qədər yavaşlaması ilə bağlı olub. Buna ayrı-ayrı kənd təsərrüfatı məhsullarının qiymətlərinin azalması səbəb olub.

Qeyri-ərzaq məhsullarının qiymətləri illik ifadədə 2,4% artıb. İyul ayında bu göstərici 2,5% təşkil edib.

Xidmətlər sektorunda isə inflyasiya 1,8%-dən 2,8%-ə yüksəlib. Buna nəqliyyat xidmətlərinin qiymətlərində artım tempinin sürətlənməsi səbəb olub.

AİB-in proqnozuna görə, cari ilin sonunda Ermənistanda istehlak qiymətləri illik ifadədə 4,4% artacaq.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930