6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Sosial

"Volkswagen" 50 min əlavə iş yerini ixtisar edəcək

04-sentyabr-2026, 15:56
"Volkswagen" 50 min əlavə iş yerini ixtisar edəcək
Yazı Ölçüsü:

"Volkswagen" şirkətinin Müşahidə Şurası şirkətin 2030-cu ilə qədər həyata keçirəcəyi genişmiqyaslı transformasiya planını təsdiqləyib.

"PostMedia" xaici KİV-lərə istinadən xəbər verir ki, "Future Plan 2030" çərçivəsində dünya üzrə daha 50 min iş yerinin ixtisarı və 2035-ci ilə qədər model çeşidinin təxminən 50% azaldılması nəzərdə tutulur.

Şirkətin açıqlamasına görə, model çeşidinin azaldılması ilə yanaşı, avtomobillərin təklif variantlarının mürəkkəbliyinin də 75%-ə qədər aşağı salınması planlaşdırılır. Bu addımlar daha az sayda model üzrə istehsal həcmlərinin artırılmasına, xərclərin azaldılmasına və səmərəliliyin yüksəldilməsinə yönəlib.

"Volkswagen" bildirir ki, Avropadakı istehsal gücü hazırda tələbatı 500 mindən çox avtomobil üstələyir. Almaniyanın Emden, Tswickau, Hannover və Nekkarzulm şəhərlərindəki zavodların 2031-2034-cü illər arasında istehsal proqramlarının təmin ediləcəyi hazırda zəmanət altına alınmayıb. Həmin zavodlar üçün alternativ istifadə imkanları da araşdırılır.

DW-nin yazdığına görə, bu yenidənqurma "Volkswagen"in tarixində ən genişmiqyaslı transformasiya proqramlarından birinə çevriləcək.

CNN qeyd edir ki, şirkət bu planı Çin avtomobil istehsalçılarının artan rəqabəti, qlobal avtomobil bazarında tələbin dəyişməsi və ABŞ-ın idxal tariflərinin yaratdığı təzyiq fonunda qəbul edib.

Hazırda "Volkswagen Group"da təxminən 650 min nəfər çalışır. Şirkət 2026-cı ilin ilk yarısında vergilərdən sonrakı mənfəətinin Çində satışların azalması fonunda 30% aşağı düşdüyünü açıqlayıb.

Qeyd edək ki, yeni 50 minlik ixtisar əvvəlcədən razılaşdırılmış iş yerlərinin azaldılmasına əlavədir. Beləliklə, 2030-cu ilə qədər "Volkswagen Group" üzrə ümumi işçi sayının təxminən 100 min nəfər azalması gözlənilir.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930