6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Sosial

Qafqazı Nepaldakı kimi fəlakət təhdidi gözləyir - Ekspert

28-avqust-2026, 22:54
Qafqazı Nepaldakı kimi fəlakət təhdidi gözləyir - Ekspert
Yazı Ölçüsü:
Rusiyanın dağlıq bölgələri, o cümlədən Qafqaz, Altay və Sayan dağları Nepaldakı son fəlakətə bənzər dağıdıcı daşqın təhlükəsi ilə üz-üzədir.
"PostMedia" xəbər verir ki, bu barədə Novosibirsk Dövlət Universitetinin Təbiət Elmləri fakültəsinin Ümumi biologiya və ekologiya kafedrasının müdiri Mixail Sergeyev bildirib. 
“Demək olar ki, şübhə yoxdur ki, bu, Himalaylarda buzlağın kənar hissəsinin çökməsi nəticəsində baş verib və böyük ehtimalla, son onilliklər ərzində temperaturun ümumi yüksəlməsinin nəticəsidir. Çoxsaylı buzlaqların olduğu dağlıq bölgələr belə fəlakətlərə meyillidir”, - deyə ekspert Nepaldakı son faciəni şərh edərkən bildirib.
Sergeyevin sözlərinə görə, təbii fəlakətlərə yalnız buzlaqların əriməsi deyil, həmçinin zəlzələlər və ya uzunmüddətli leysan yağışları da səbəb ola bilər.
Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930