6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Cəmiyyət

Noyabrın 14-də Bakıda hava dəyişkən buludlu və əsasən yağmursuz olacaq

Noyabrın 14-də Bakıda hava dəyişkən buludlu və əsasən yağmursuz olacaq
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

Noyabrın 14-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.

"PostMedia" Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, paytaxtda və Abşeron yarımadasında cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 7-12, gündüz 17-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət isə 60-65 % təşkil edəcək.

Ölkənin rayonlarında da hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda arabir duman olacaq, mülayim qərb küləyi əsəcək.

Rayonlarda havanın temperaturu gecə 4-9, gündüz 17-22 dərəcə isti, dağlarda isə gecə 0-4 dərəcə şaxta, gündüz 8-13 dərəcə isti olacaq.

Müəllif
Redaksiya
Kateqoriyalar

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30