6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Cəmiyyət

Noyabrın 10-da Bakıda gecə və səhər bəzi yerlərdə yağış yağacaq

Noyabrın 10-da Bakıda gecə və səhər bəzi yerlərdə yağış yağacaq
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

Noyabrın 10-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.

"PostMedia" Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, gecə və səhər bəzi yerlərdə yağış yağacaq. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 3-6, gündüz 10-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi 772 mm civə sütunu, nisbi rütubət isə 60-70 % təşkil edəcək.

Ölkənin rayonlarında da hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi şərq rayonlarında arabir yağıntı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq, şərq küləyi əsəcək.

Rayonlarda havanın temperaturu gecə 3-7, gündüz 10-15 dərəcə isti olacaq. Dağlarda gecə 3-8 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 10-15 dərəcə şaxta, gündüz isə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti gözlənilir.

Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlama ehtimalı var.

Müəllif
Redaksiya
Kateqoriyalar

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30