Rusiyanın Novı Urenqoy şəhərinin 30 yaşlı sakini məzuniyyətdən qayıdarkən təyyarədə uşaq dünyaya gətirib.
"PostMedia" yerli KİV-lərə istinadən xəbər verir ki, bu barədə "Moskovski komsomolets" Yamal-Nenets Muxtar Dairəsinin hökumətinə istinadən məlumat yayıb.
İlk dəqiqələrdə sərnişinə stüardessalar kömək edib. Ekipaj təyinat hava limanı ilə əlaqə saxlayaraq qadının vəziyyəti barədə məlumat verib. Sərnişin hava limanına çatanda orada tibb işçiləri və təcili tibbi yardım briqadası hazır vəziyyətdə olub.
Lakin doğuş enişdən əvvəl başladığı üçün həkimlər doğuşu birbaşa təyyarənin göyərtəsində qəbul etməli olublar.
Nəticədə oğlan uşağı dünyaya gəlib. Ananı və yeni doğulan körpəni evdə 3 və 5 yaşlı daha iki uşaq gözləyir.