ABŞ Prezidenti Donald Tramp süni intellektə nəzarət üçün əsas məhdudlaşdırıcının "güclü və ağıllı, yüksək İQ-yə malik prezident" olduğunu bildirib.
"PostMedia" xəbər verir ki, bu barədə Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.
"Süni intellekt üçün lazım olan yeganə nəzarət və ya "məhdudlaşdırıcı" GÜCLÜ VƏ AĞILLI (yüksək İQ-ya malik!) PREZİDENTDİR və ABŞ-da bunun çox olduğunu görürük".
O bildirib ki, Tramp administrasiyası süni intellekt sistemlərinin insanlara zərər verə biləcək və ya potensial olaraq pis nəticələrə səbəb ola biləcək hərəkətlər etməsinin qarşısını alıb. Prezident bu istiqamətdə fəaliyyətin davam etdiriləcəyini qeyd edib.
Tramp həmçinin ABŞ-ın süni intellekt şirkətləri üzərində artıq böyük təsir və səlahiyyətə malik olduğunu iddia edib.
"Süni intellektə və məlumatların emalı mərkəzlərinə qarşı bir sui-qəsd var və bundan sevinən yeganə ölkə Çindir. Kim qalib gəlsə, nəticədə qalib çıxacaq.
Biz Çin və bütün digərləri üzərində liderik və belə də davam edəcəyik. Sui-qəsd nəzəriyyəçiləri, satqınlar, vətən xainləri və xəbərçilər, EHTİYATLI OLUN!" - Tramp vurğulayıb.