6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Səhiyyə

TƏBİB-in sistemi çökdü, xəstəxanalarda sıxlıq yarandı

03-sentyabr-2025
TƏBİB-in sistemi çökdü, xəstəxanalarda sıxlıq yarandı
Yazı Ölçüsü:

Bu gün səhər saatlarında Abşeron Rayon Mərkəzi Xəstəxanasında müayinə və müalicəyə gələn xəstələrin böyük izdihamı yaşanıb.
"PostMedia"nın ərazidə olan əməkdaşının məlumatına görə, izdihama səbəb xəstələrin qeydiyyatı və icbari tibbi sığorta xidmətləri ilə bağlı sistemin çökməsidir.
Vətəndaşlara bildirilib ki, sistemin çökməsi təkcə bu xəstəxana ilə bağlı deyil, problem bütün ölkə üzrə yaranıb.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən (İTSDA) “PostMedia”nın sorğusuna cavab olaraq bildirilib ki, tibb müəssisələrinin idaredilməsi onların deyil TƏBİB-in səlahiyyətlərinə aiddir. Bu baxımdan adıçəkilən qurum məsələni aydınlaşdırmalıdır.
Məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanlanıb.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930