6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

XARİCİ XƏBƏRLƏR

Paşinyan: "Azərbaycanlı hərbçinin Ermənistana keçmək istəyib-istəmədiyi hələ məlum deyil"

06-oktyabr-2026, 21:38
Paşinyan: "Azərbaycanlı hərbçinin Ermənistana keçmək istəyib-istəmədiyi hələ məlum deyil"
Yazı Ölçüsü:

Ermənistanın Baş naziri Nikol Paşinyan Sünik vilayətinin Şəki kəndinə daxil olan azərbaycanlı hərbçi Nəsimi Musayevin bir müddət Ermənistanda qalacağını bildirib.

"PostMedia" xəbər verir ki, Paşinyan bunu Infocom-un “Ctrl Z” proqramına müsahibəsində deyib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan tərəfləri hərbçinin sərhədi keçdiyini əvvəlcədən dəqiq bilməyiblər və hadisə ilə bağlı bir neçə gün axtarış aparılıb.

“Bizim də, Azərbaycanın da sərhəd mühafizəsi var. O, onların tərəfindən də keçib, bizim tərəfdən də. Ərazi çox mürəkkəbdir. Hər iki tərəfdən bir neçə gün ərzində, o cümlədən dronlarla axtarış işləri aparılıb, lakin o, aşkarlanmayıb. Ərazi mürəkkəbdir və orada asanlıqla gizlənmək mümkündür. Onun necə keçdiyini müəyyənləşdirmək üçün ətraflı araşdırma aparılmalıdır”, – Paşinyan bildirib.

Baş nazir qeyd edib ki, hazırda hərbçinin hansı istiqamətdən keçdiyi məlumdur, lakin söhbət onlarla kilometr məsafədən gedir.

Diversiya versiyasının nəzərdən keçirilib-keçirilmədiyi barədə suala Paşinyan “hələ fakt deyil ki, həmin hərbçi Ermənistana keçmək istəyib, yoxsa yolu azıb” cavabını verib. Onun sözlərinə görə, hadisə ilə bağlı Azərbaycanda da cinayət işi başlanıb, lakin Ermənistanın açdığı cinayət işi üzrə prosessual hərəkətlər ölkə ərazisində həyata keçiriləcək.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031