6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

XARİCİ XƏBƏRLƏR

Rubinyan: "Azərbaycanlı hərbçinin təhvil verilməsi məsələsini indi müzakirə etmək tezdir"

06-oktyabr-2026, 14:33
Rubinyan: "Azərbaycanlı hərbçinin təhvil verilməsi məsələsini indi müzakirə etmək tezdir"
Yazı Ölçüsü:

"Azərbaycanlı hərbçinin təhvil verilməsi məsələsini hazırda müzakirə etmək tezdir".

"PostMedia" xəbər verir ki, bunu oktyabrın 6-da Ermənistan parlamentində jurnalistlərə açıqlamasında Milli Assambleyanın spikeri Ruben Rubinyan deyib.

"Hazırda belə bir proses yoxdur. İttiham irəli sürülmüş saxlanılan şəxs var və məsələ bununla bağlı hüquqi prosedur çərçivəsində davam edir. Gələcəkdə bunun vaxtı çatanda müzakirə edərik".

O, Azərbaycanla Ermənistan arasındakı sərhəddə tək hərbçinin hərəkətinə nəzarətin çətin olduğunu qeyd edib. Rubinyanın sözlərinə görə, uzun və hələ tam delimitasiya olunmamış sərhəddə əvvəllər də yolu azan və ya digər səbəblərlə qarşı tərəfə keçən hərbçilərlə bağlı hallar olub.

Rubinyan bildirib ki, baş verən insident sərhəddə vəziyyətin sabitliyini dəyişmir. Onun sözlərinə görə, son iki il beş-altı ay ərzində Ermənistan sərhədində qarşı tərəfin atəşi nəticəsində ölüm halı qeydə alınmayıb.

"Sərhədimizi daha təhlükəsiz etməyin yolu onun tam delimitasiyası və demarkasiyasıdır. Bu halda tərəflər sərhəd xəttinin dəqiq haradan keçdiyini biləcək və sərhədin mühafizəsi daha fərqli şəkildə təşkil olunacaq", - Ermənistan parlamentinin spikeri qeyd edib.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031